Baş nazir: Azərbaycan TDT-nin fəaliyyətinə fəal töhfə verməyə hazırdır
Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətinə fəal töhfə verməyə, üzv dövlətlərlə çoxtərəfli və ikitərəfli əsasda əməkdaşlığı daha da inkişaf etdirməyə hazırdır.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, cari ildə Azərbaycanın sədrliyi çərçivəsində təşkilat daxilində həmrəyliyin möhkəmləndirilməsi, praktiki əməkdaşlığın genişləndirilməsi və ortaq təşəbbüslərin irəli aparılması istiqamətində məqsədyönlü səylər davam etdiriləcək:
"Əminik ki, ortaq siyasi iradə, qarşılıqlı dəstək və praqmatik yanaşma nəticəsində təşkilatımızın nüfuzu və təsir imkanları daha da artacaq, xalqlarımızın rifahına xidmət edən yeni layihələr həyata keçiriləcəkdir.
Bugünkü görüşün də qarşılıqlı anlaşma, səmərəli müzakirələr və konkret nəticələrlə yadda qalacağına inanıram".
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi
-
Qarakənd faciəsindən 35 il ötür













