Ərini güllələyərək həyətdə basdırmaqda təqsirləndirilən qadın: "Səhərə qədər yer qazmışam"
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin hüquqi varisi Cəmilə Əliyeva qısa çıxış edib.
O, təqsirləndirilən şəxsin ötən prosesdə verdiyi ifadəsinə münasibət bildirib:
"Mənim oğlum nə narkotik istifadəçisi olub, nə də satışı ilə məşğul olub. Məhkəmənin də qərarı var ki, onun qanından heç bir narkotik vasitə çıxmayıb".
Daha sonra təqsirləndirilənin ifadəsinin davamı dinlənilib.
"Mən onu öldürəndə özümdə deyildim. Bir neçə saat çöldə qalmışam stresdən. Qızımı döyüb, dəfələrlə barmağını sındırıb. Məni dəfələrlə döyürdü. Mən onu basdırdığım yerə nə gül əkmişəm, nə də stop işarəsi qoymuşam. Uşaq yatmamışdan qabaq ərim silahı yağlayırdı. Balaca oğlum da silahı görüb. O məni dizi ilə vuranda özümdən getmişdim. Ayılanda gördüm ki, silah tam hazır vəziyyətdə stolun üstündədir. Hər ikimiz narkotik qəbul etmişdik".
E.İbrahimova daha sonra bildirib ki, meyiti mələfəyə büküb, bir-iki yerdən bərk skoçlayıb ki, açılmasın:
"Səhərə qədər yer qazmışam. Meyitin ayaqlarından tutub qazdığım yerə apardım. Onu basdırandan sonra evə keçib qan olan yerləri sildim. Metryarımlıq divanı sökdüm və bir neçə dəfəyə araba ilə aparıb zibilə atdım. Qana bulaşmış xalçanı da atdım. Silahı da üç yerə bölüb bulvarda dənizə atdım".
Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib.
Qeyd edək ki, hadisə 2024-cü ildə Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci Polis Şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törətməkdə şübhəli bilinən qadın saxlanılaraq, istintaqa təhvil verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO













