"Qazprom": "Türk axını" qaz kəmərinin obyektinə hücum cəhdi olub
Far.Az xəbər saytı

"Qazprom": "Türk axını" qaz kəmərinin obyektinə hücum cəhdi olub


Bu gün gecə saatlarında "Türk axını" qaz kəmərinin obyektinə pilotsuz uçuş aparatları ilə yeni hücum cəhdi olub.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i "Qazprom"un açıqlamasına istinadən məlumat verib.

"Bu gün gecə saat 00:40-dan 01:00-a qədər olan müddətdə "Türk axını" qaz kəməri ilə tədarüklərin etibarlılığını təmin edən "Russkaya" kompressor stansiyası təyyarə tipli üç pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyinin qüvvələrinin və mobil əməliyyat qruplarının birgə fəaliyyəti nəticəsində hücum dəf edilib, "Qazprom" ASC-nin obyektinin vurulmasının qarşısı alınıb", - məlumatda qeyd olunub.

Daha əvvəl Rusiya Müdafiə Nazirliyi Krasnodar diyarındakı "Russkaya" kompressor stansiyasına Ukrayna dronlarının hücumunun dəf edilməsi barədə martda məlumat vermişdi.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Prezident İlham Əliyev Cəbrayıl rayonunda "Şəfəq" Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər