Ermənistanda 16 yaşadək uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırıla bilər
Ermənistanda 16 yaşadək uşaqların sosial şəbəkələrə girişinin məhdudlaşdırılmasının mümkünlüyü nəzərdən keçirilir.
"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Ümumi Təhsil Departamentinin rəhbəri Tamara Sarqsyan bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi bu məsələni Əmək və Sosial Məsələlər Nazirliyi və Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə müzakirə edir.
Nazirliyin nümayəndəsi qeyd edib ki, uşaqların rəqəmsal müdafiəsi prioritetdir, dövlət rəqəmsal mühitdə uşaqların qorunması üçün kifayət qədər alətlərin və normativ aktların mövcudluğuna əmin olmalıdır:
"Bütün əsas imkanların, risk və problemlərin müəyyən edilməsi üçün araşdırma aparılır. Yalnız tam mənzərə aydın olduqdan sonra hansı veb-saytların bloklanacağının vacibliyi məlum olacaq".
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













