Azərbaycan dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri yaxın günlərdə nəşr üçün təhvil veriləcək
Far.Az xəbər saytı

Azərbaycan dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri yaxın günlərdə nəşr üçün təhvil veriləcək


Azərbaycan dilinin yeni Orfoqrafiya və Orfoepiya lüğətləri yaxın günlərdə nəşr üçün təhvil veriləcək.

Bu barədə "Far.Az"a AMEA Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli məlumat verib.

Onun sözlərinə görə, bu gün proseslə əlaqəli iclas keçirilib, növbəti həftə də daha bir toplantının olması gözlənilir:

"Yəqin ki, növbəti həftədən artıq çap işi ilə bağlı yekun işlər həyata keçiriləcək. Lüğətlərin nəşr edilməsi isə artıq AMEA Rəyasət Heyətindən asılı məsələdir".

N.Məmmədli Orfoqrafiya Lüğətinin ilk dəfə dil korpusu əsasında hazırlandığını bildirib:

"Dil korpusu əsasında lüğətin hazırlanması heç bir Türk dövlətində olmayıb. Azərbaycan bunu ilk dəfə edir".

Oxşar xəbərlər

AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan dilinin yeni Orfoqrafiya lüğəti nəşr ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər