Overçuk: Ermənistan Aİ-yə girəcəyi halda, Rusiya ilə hava əlaqəsi olmayacaq
Far.Az xəbər saytı

Overçuk: Ermənistan Aİ-yə girəcəyi halda, Rusiya ilə hava əlaqəsi olmayacaq


Rusiya Baş nazirinin müavini Aleksey Overçuk xəbərdarlıq edib ki, Avropa İttifaqına (Aİ) daxil olacağı təqdirdə, Ermənistanın Rusiya ilə hava əlaqəsi olmayacaq.

"Report" xəbər verir ki, Overçuk bu barədə "Birinci kanal"ın efirində bildirib.

"Hazırda Avropa İttifaqı ölkələri ilə hava əlaqəsi yoxdur, bu isə o deməkdir ki, bizim Ermənistanla da hava əlaqəmiz olmayacaq", - Overçuk vurğulayıb.

O qeyd edib ki, Ermənistan vətəndaşları Avropaya inteqrasiya istiqamətində qəbul edilmiş kursun potensial nəticələrini dərk etməlidirlər.

"Bəlkə də bu, çox sərt səslənir, lakin biz istəyirik ki, Ermənistandakı insanlar başa düşsünlər ki, əgər bu baş verərsə, o cür hallar məhz Avropa İttifaqı ilə yaxınlaşma barədə qərarlar qəbul edildiyi üçün baş verəcək", - Rusiya Baş nazirinin müavini diqqətə çatdırıb.

Bununla belə, Overçukun sözlərinə görə, Ermənistanın Aİ-yə daxil olmasının mümkün nəticələri naməlum qalır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər