"Hüseyn Cavid" quru yük gəmisi təmir olunaraq istismara qaytarılıb
Far.Az xəbər saytı

"Hüseyn Cavid" quru yük gəmisi təmir olunaraq istismara qaytarılıb


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Hüseyn Cavid" universal quru yük gəmisi təmir olunub.

"Far.Az" ASCO-ya istinadən xəbər verir ki, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan tərsanə təmiri vaxtında və yüksək keyfiyyətlə həyata keçirilib.

Proses çərçivəsində gəminin baş və köməkçi mühərrikləri, anbar qapaqları təmir olunub, dizel generatorları isə yenisi ilə əvəz edilib. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə-qaynaq işləri görülüb.

Bundan başqa, gəminin sualtı və suüstü hissələri, göyərtələri, anbar qapaqları təmizlənərək rənglənib. Təmir başa çatdıqdan sonra universal quru yük gəmisi yenidən istismara qaytarılıb.

Uzunluğu 108,33, eni 16,74 metr olan "Hüseyn Cavid" gəmisi 5 200 ton yükgötürmə qabiliyyətinə malikdir.

Oxşar xəbərlər

DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb - EKSKLÜZİV
ASCO-nun "Mingəçevir" gəmi-bərəsi əsaslı təmir edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər