"Nar" Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub
Far.Az xəbər saytı

"Nar" Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub


Sərfəli mobil operator "Nar" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi" MMC -nin təşkilatçılığı ilə keçirilən "İmkanlar hər kəs üçün" layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün nəzərdə tutulan təcrübə proqramına ev sahibliyi edir. Proqramın əsas məqsədi iştirakçıların real korporativ iş mühitinə inteqrasiyasını dəstəkləmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və inklüziv əmək mühitini təşviq etməkdir. Layihə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində keçirilir.

Bu ay davam edəcək proqramda iştirakçılar "Nar"ın müxtəlif departamentlərində təcrübə keçirlər. Ümumilikdə 30 nəfərdən ibarət iştirakçı qrupu real iş mühiti ilə tanış olur, gündəlik iş proseslərində iştirak edir və praktiki biliklərini inkişaf etdirir.

"Nar" sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqinə xüsusi önəm verir. Şirkət müxtəlif bacarıqlara və fərqli həyat təcrübələrinə malik şəxslər üçün əlçatan və bərabər imkanlar yaradan iş mühitinin formalaşdırılmasını prioritet hesab edir. Bu cür təşəbbüslərlə mobil operator həm inklüziv korporativ mədəniyyətin inkişafına, həm də cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılmasına töhfə verməyə davam edir. "Nar"ın həyata keçirdiyi digər sosial layihələr haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək mümkündür.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Oxşar xəbərlər

"Report" Media Məktəbinin 20-ci qrupu təlim proqramına qoşulub
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər