Vüqar Gülməmmədov: "Dövlət auditinin əhatə dairəsi genişləndiriləcək"
Azərbaycanda dövlət auditinin əhatə dairəsi genişləndiriləcək, bu sahədə risk əsaslı yanaşma və rəqəmsallaşma gücləndiriləcək.
"Far.Az" xəbər verir ki, bu barədə "Milli Məclis" analitik informasiya jurnalının 2026-cı il yanvar-fevral buraxılışında dərc olunmuş "Hesablama Palatasının 2026-2030-cu illər üçün yeni strateji planı" adlı məqaləsində qurumun sədri Vüqar Gülməmmədov bildirib.
Onun sözlərinə görə, yeni strateji plan çərçivəsində maliyyə, uyğunluq və performans auditlərinin sayı artırılacaq, strateji əhəmiyyətli sahələrin audit portfelində payı yüksəldiləcək: "Auditlərin planlaşdırılması risklərin qiymətləndirilməsi əsasında həyata keçiriləcək. Hazırda dövlət müəssisələrinin auditində müəyyən məhdudiyyətlər mövcuddur. Bəzi hallarda bütün vəsaitlərin auditinin aparılması mümkün olmur, eyni zamanda dövlət informasiya sistemlərinə çıxış imkanları məhdud qalır".
V. Gülməmmədov bildirib ki, audit prosesində informasiya texnologiyalarından istifadənin səviyyəsi də yetərli deyil və bu istiqamətdə islahatlar planlaşdırılır: "Data analitika alətlərindən və rəqəmsal həllərdən istifadənin genişləndirilməsi nəzərdə tutulur. Strateji planda kadr potensialının gücləndirilməsi də əsas prioritetlərdən biridir. Yüksək hədəflərin icrası üçün peşəkar mütəxəssislərin cəlb olunması və insan resurslarının inkişafı vacibdir".
Onun sözlərinə görə, yeni yanaşmaya əsasən dövlət auditində süni intellekt və innovativ texnologiyaların tətbiqi genişləndiriləcək: "Bu texnologiyalar xüsusilə dövlət satınalmaları və maliyyə hesabatlarının təhlilində istifadə olunacaq. Strateji plan çərçivəsində konkret hədəflər də müəyyən edilib. 2030-cu ilə qədər auditlərin büdcə xərclərini əhatə etmə səviyyəsinin 50 %-dən çox olması, həmçinin audit tövsiyələrinin icra göstəricilərinin artırılması planlaşdırılır".
V.Gülməmmədov vurğulayıb ki, yeni strateji plan dövlət maliyyə idarəçiliyinin müasir prinsiplərlə qurulmasına xidmət edir: "Məqsəd dövlət maliyyə sisteminin daha şəffaf, məsuliyyətli və nəticəyönümlü idarə olunmasına nail olmaq, eyni zamanda audit fəaliyyətinin təsir gücünü artırmaqdır".
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı ilə Hüquq və Uyğunluq Forumu keçirilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb
-
İsrailin Livana hücumlarında ölənlərin sayı 3400-ü keçib













