Azərbaycanla Rusiya ikitərəfli gündəliyi və regional prosesləri müzakirə ediblər
Far.Az xəbər saytı

Azərbaycanla Rusiya ikitərəfli gündəliyi və regional prosesləri müzakirə ediblər


Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti məsələlərini, eləcə də aktual regional məsələləri müzakirə ediblər.

"Far.Az" Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan nümayəndə heyətinin iştirakı çərçivəsində baş tutub.

Məlumata görə, tərəflər “3+3”, Azərbaycan-Rusiya-İran formatında əməkdaşlıq məsələlərinə, “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRICS ilə qarşılıqlı fəaliyyəti və digər məsələlərə xüsusi diqqət yetiriblər.

H.Haciyev Rusiya XİN başçısının müavininə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə danışıqlar prosesinin gedişatı barədə məlumat verib. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına aid müddəaların aradan qaldırılması məqsədilə Ermənistan qanunvericiliyində dəyişikliklərin edilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

Oxşar xəbərlər

PA-nın Vətəndaş Qəbulu Mərkəzində sentyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər