Kəmalə Məmmədova: Bakı və İrəvan arasında dialoqun qurulmasında medianın rolu vacibdir
Bakı və İrəvan arasında dialoqun qurulmasında medianın rolu çox vacibdir.
"Far.Az"un Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "1News.az" internet portalının baş redaktoru Kəmalə Məmmədova "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşünə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, media mövzusu bugünkü panel müzakirələrində də əsas mövzulardan biri olub.
"Şübhəsiz ki, dialoqun formalaşmasında və konstruktiv sülh gündəliyinin təşviqində medianın rolu son dərəcə böyükdür. Avqust ayından, Vaşinqton sammitindən sonra bu tendensiya xüsusilə nəzərəçarpacaq dərəcədə olub. "Sülh Körpüsü" sülh təşəbbüsünün işə salınması ilə Azərbaycan mediasında erməni ekspertləri ilə, müvafiq olaraq da Ermənistan mediasında azərbaycanlı ekspertlərlə olan materialların, müsahibələrin sayı əhəmiyyətli dərəcədə artıb.
Həmkarların da qeyd etdiyi kimi, heyt-spiç (ədavət dili - red.) və nifrət dili səviyyəsinin azalması müşahidə olunur. Bu, prinsipial olaraq vacibdir. Sülhün nə olduğunu cəmiyyətə media vasitəsilə çatdırmaq da eyni dərəcədə vacibdir, çünki bir çoxları onun mahiyyətini sonadək dərk etmirlər. Sülh sazişinin hansı üstünlükləri və müsbət dəyişiklikləri gətirəcəyini izah etmək lazımdır. Biz bundan sonra da bu istiqamətdə ardıcıl işləmək niyyətindəyik", - K.Məmmədova vurğulayıb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?













