Lusine Xaratyan: Ermənistan və Azərbaycan mediası sülhün möhkəmləndirilməsinə kömək etməlidir
Far.Az xəbər saytı

Lusine Xaratyan: Ermənistan və Azərbaycan mediası sülhün möhkəmləndirilməsinə kömək etməlidir


Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyində media iki ölkə cəmiyyətlərinin dehumanizasiyasından çəkinməlidirlər.

"Far.Az"un Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə erməni yazıçısı və mədəniyyət antropoloqu Lusine Xaratyan bu gün "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində iki ölkənin vətəndaş cəmiyyətləri nümayəndələrinin dördüncü görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Düşünürəm ki, medianın edə biləcəyi ən vacib işlərdən biri qarşı tərəfin dehumanizasiyasının olmadığı yeni narrativlər yaratmaqdır", - o qeyd edib.

L.Xaratyanın sözlərinə görə, bu, etimadı artırmağa, sülhü möhkəmləndirməyə imkan verəcək.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər