Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
Far.Az xəbər saytı

Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib


Kosmetoloq kimi fəaliyyət göstərən Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilərək cəzası 6 ay azaldılıb.

"Far.Az"un məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, Ü.İlyasova barəsində olan hökm dəyişdirilib və ona 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Həmçinin Ü.İlyasovaya amnistiya aktı tətbiq edilərək ona təyin edilən 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası da 6 ay azaldılıb.

O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, məhkəmənin əvvəlki proseslərinin birində zərərçəkənin şikayəti əsasında onun barəsində həbs qərarı çıxarılmışdı.

Qeyd edək ki, Ülviyyə İlyasova barəsində bir neçə dəfə cinayət işi açılıb.

Yasamal Rayon Prokurorluğunun 2024-cü ilin sentyabrında yaydığı məlumata görə, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasova həmin ilin aprelin 15-də üzərində "liposaksiya-piysovurma" əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlayıb, həmçinin növbəti gün isə xəstədə qanaxma baş verdikdə onu köməksiz vəziyyətdə qoyub.

Məlumatda vurğulanıb ki, S.Vəliyeva keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən ölüb.

Səbirə Vəliyevanın Ülviyyə İlyasovanın eltisi olduğu bildirilir.

Ülviyyə İlyasovaya sözügedən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

O, 2025-ci ilin may ayında sözügedən iş üzrə məhkəmənin hökmü ilə 3 il müddətə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətə azadlıqdan məhrum edilmişdi.

Ü. İlyasovaya cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti il 3 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. Ali Məhkəmə onun barəsində hökmü ləğv edərək yenidən araşdırmaya göndərmişdi.

Həmçinin Yasamal rayon prokurorluğunun 2025-ci ilin sentyabr ayında yaydığı məlumata görə, Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz "liposaksiya-piysovurma, bədən şəkilləndirmə" cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Ü.İlyasova bu cinayət işi üzrə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Oxşar xəbərlər

Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər