Binəqədidə saxlanılan şəxslərdən 54 kiloqram narkotik vasitə aşkarlanıb
Bakının Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqram narkotik vasitə aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən Elnur Məmmədovla tanışı Elmar Balışovdan 14 kiloqram 131 qram tiryək, marixuana, Hikmət Kərimlidən 24 kiloqram 256 qram marixuana, Vüsal İmanovdan 2 kiloqram 300 qram marixuana, eləcə də 500 ədəd psixotrop tərkibli həb, Mövlud Əliyevdən 7 kiloqram 527 qram marixuana, həmçinin tiryək, Sənani Süleymanovdan isə 5 kiloqram 815 qram marixuana və tiryək aşkarlanıb.
Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 54 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Binəqədidə güclü yanğın tam söndürülüb - YENİLƏNİB-4
Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
Son 11 ayda narkotiklə bağlı 7 min 441 cinayət faktı aşkarlanıb
Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Son bir həftədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib - RƏSMİ
-
Cozef Aun: Livanın İsraillə danışıqları zəifliyin təzahürü deyil
-
Soheyl Mahmud: Azərbaycan "D-8"in strateji baxışına əhəmiyyətli töhfə verməkdə qətiyyətlidir
-
SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib













