Misli Premyer Liqasında son 10 ilin tamaşaçı rekordu yeniləndi
Far.Az xəbər saytı

Misli Premyer Liqasında son 10 ilin tamaşaçı rekordu yeniləndi


Misli Premyer Liqasında son 10 mövsümün tamaşaçı rekordu qeydə alınıb.

BAKU.WS Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, XXVIII turun "Qarabağ" – "Sabah" matçına (0:1) təsadüf edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 338 tamaşaçı izləyib.

Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf edib. XXII turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 361 tamaşaçı izləyib.

XXVIII turun oyununda qeydə alınan nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/2016 mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən "Kəpəz" – "Qarabağ" oyununa 20 400 nəfər tamaşa edib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Qarabağ" - "Sabah" matçında son 10 mövsümün tamaşaçı rekordu qeydə alınıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Qarabağ" – "Sabah" matçında son 10 mövsümün tamaşaçı rekordu yenilənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər