İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində altı nəfər həlak olub
İsrailin Livanın cənubuna endirdiyi hava zərbəsi nəticəsində altı nəfər həlak olub, iki nəfər xəsarət alıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Mehr" Xəbər Agentliyi Livan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, 2 martdan başlayan hərbi eskalasiyadan bəri Livanda həlak olanların ümumi sayı 2 491-ə, yaralıların sayı isə 7 719-a çatıb.
Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün endirilən zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.
"Hizbullah" İsraili raket və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İran tərəfindən müharibəyə qoşulduqdan sonra İsrail Müdafiə Qüvvələri Livanın cənubuna və radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Beyrutun cənub ətraflarına zərbələr endirib. İsrail həmçinin Livanın cənubunda quru əməliyyatını genişləndirib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. ABŞ Prezidenti Donald Tramp sonra atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Aprelin 14-də Vaşinqtonda ABŞ-nin himayəsi altında Livan-İsrail təmaslarının ilkin mərhələsi baş tutub. Orada atəşkəs razılaşmasının əldə edilməsi məqsədilə sülh danışıqlarının başlama tarixi müəyyən edilməli idi. Nümayəndə heyətlərinə Livan və İsrailin Birləşmiş Ştatlardakı səfirləri rəhbərlik ediblər.
Aprelin 16-da ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın 10 günlük atəşkəs rejiminin tətbiq olunması barədə razılığa gəldiyini bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İsrail Ordusu "Hizbullah"ın obyektinə zərbələr endirib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kamran İmanov: Süni intellekt əqli mülkiyyətin inkişafına mühüm töhfə verir
-
Ailəsi tərəfindən atılan üç azyaşlı uşağın SON VƏZİYYƏTİ
-
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib - SİYAHI
-
Les Echos: Paris və Afina Kiyevə "Mirage" qırıcılarının təhvili ilə bağlı danışıqlar aparırlar
-
Azərbaycanda çimərlik futbolu üzrə Superliqa və Gənclər Liqasının təşkili iyunda nəzərdə tutulub
-
Azərbaycanda I rübdə müavinət və təqaüd ödənişləri 561 milyon manata çatıb













