Tramp: Vaşinqton qəbul zamanı atəş açan şəxsin bir neçə silahı olub
Far.Az xəbər saytı

Tramp: Vaşinqton qəbul zamanı atəş açan şəxsin bir neçə silahı olub


ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının "Washington Hilton" hotelində keçirilən qəbulunda atəş açan şəxsin bir neçə silah daşıdığını bildirib.

"Far.Az"un məlumatına görə, o, bu açıqlamanı hadisədən sonra keçirilən mətbuat konfransında verib.

"Kişi təhlükəsizlik məntəqəsinə bir neçə silahla hücum edib və ABŞ-nin Məxfi Xidmətinin cəsur üzvləri tərəfindən tutulub, onlar çox cəld hərəkət ediblər", - Tramp bildirib.

Onun sözlərinə görə, Məxfi Xidmətin zabitlərindən biri odlu silahdan açılqan atəşlə xəsarət alıb, lakin onun zirehli geyimi ağır xəsarətlərin qarşısını alıb.

"O, çox yaxın məsafədən çox güclü silahla vurulub, lakin zirehli geyimi işə yarayıb. Mən zabitlə danışdım və o, özünü yaxşı hiss edir", - ABŞ lideri qeyd edib.

Tramp həmçinin əlavə edib ki, ilkin məlumata görə, atəş açan şəxs çox güman ki, təkbaşına hərəkət edib və istintaq bunu təsdiqləməlidir.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Nəsrin Cavadzadənin bu qapalı geyimi müzakirələrə səbəb oldu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Baş leytenant ehtiyatsızlıqdan açılan atəşlə HƏLAK OLDU

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər