Növbəti köç karvanları Xocalı şəhərinə çatıb, açarlar təqdim edilib
Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə yola salınan növbəti köç karvanları Xocalı şəhərinə çatıb, sakinlərə açarlar təqdim olunub.
Qeyd edək ki, sözügedən kəndlərə köçürülən ailələr müasir standartlar əsasında yenidən bərpa edilən öz evlərində məskunlaşıblar.
***14:04
Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə yola salınan növbəti köç karvanları Xocalı şəhərinə çatıb.
Far.Az report-a istinadən xəbər verir ki, ailəlıri Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Bu mərhələdə Xocalının Badaraya 16 (59 nəfər), Xanabad kəndinə 10 ailə - 46 nəfər, Təzəbinə kəndinə 3 ailə - 15 nəfər, Xanyurdu kəndinə isə 4 ailə - 25 nəfər qayıdışı təmin edilib.
***12:00
Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 33 ailədən ibarət növbəti köç karvanları yola salınıb.
Far.Az report-a istinadən xəbər verir ki, bu mərhələdə Badaraya 16 (59 nəfər), Xanabada 10 (46 nəfər), Xanyurduya 4 (25 nəfər), Təzəbinəyə isə 3 ailə (15 nəfər) köçürülür.
Qeyd edək ki, bununla da ümumilikdə Badaraya 105 (404 nəfər), Xanabada 98 (438 nəfər), Xanyurduya 137 (505 nəfər), Təzəbinəyə isə 163 ailənin (737 nəfər), daimi qayıdışı təmin edilib.
Oxşar xəbərlər
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
Növbəti köç Ağdərə və Xocalı rayonlarının kəndlərinə çatıb, açarlar təqdim olunub
Növbəti köç karvanı Xocavəndə çatıb, açarlar təqdim edilib
Badara və Seyidbəyli kəndlərinə yola salınan növbəti köç karvanları Xocalıya çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur













