İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan strategiya Azərbaycanı regionun idman mərkəzinə çevirib - RƏY
Far.Az xəbər saytı

İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan strategiya Azərbaycanı regionun idman mərkəzinə çevirib - RƏY


Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında çempion olan güləşçilərin qəbul edilməsi Azərbaycanda idmana göstərilən yüksək diqqət və qayğının növbəti parlaq təzahürüdür.

"Report" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan idman strategiyası nəticəsində ölkəmiz regionun idman mərkəzlərindən birinə çevrilib, Azərbaycan bayrağı beynəlxalq yarışlarda dəfələrlə yüksəklərə qaldırılıb. Müasir idman infrastrukturu, peşəkar məşqçi heyəti və dövlət dəstəyi bu uğurların əsasını təşkil edir. Hesab edirəm ki, Avropa çempionatında güləşçilərimizin komanda hesabında çempion olması təsadüfi nəticə deyil. Bu, illərdir aparılan düzgün siyasətin və zəhmətin məntiqi nəticəsidir".

Səbinə Salmanova

S. Salmanova vurğulayıb ki, Azərbaycan bu gün artıq təkcə regionda deyil, beynəlxalq miqyasda da güclü idman ölkəsi kimi tanınır:

"Son illərdə ölkəmizdə idmanın inkişafı sistemli dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib, nəticədə Azərbaycan bir sıra nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edib. Xüsusilə Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların Bakıda yüksək səviyyədə təşkili Azərbaycanın idman ölkəsi kimi beynəlxalq nüfuzunu daha da gücləndirib. Bu tədbirlər yalnız idman yarışı kimi deyil, eyni zamanda ölkəmizin təşkilatçılıq imkanlarını, müasir infrastrukturunu və beynəlxalq əməkdaşlıq potensialını nümayiş etdirib".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər