Əraqçi: İran və ABŞ arasındakı danışıqlar regiondakı xüsusi vəziyyətə görə dayandırılıb
Far.Az xəbər saytı

Əraqçi: İran və ABŞ arasındakı danışıqlar regiondakı xüsusi vəziyyətə görə dayandırılıb


Omanın vasitəçiliyi ilə İran və ABŞ arasındakı danışıqlar prosesi Yaxın Şərqdəki xüsusi vəziyyətə görə dayandırılıb.

“Report” İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Maskata səfəri zamanı bildirib.

“Bölgədəki xüsusi vəziyyətə görə hazırda Maskat prosesi dayandırılıb. İndi danışıqlar üçün əsas görmürük. Mövcud böhrandan çıxa bilən kimi bu işə qayıdıb-qayıtmayacağımıza qərar verəcəyik”, - XİN başçısı deyib.

Onun sözlərinə görə, Oman həmişə Yaxın Şərqdə mühüm rol oynayıb, müxtəlif münaqişələrin həllinə kömək edib və Tehran ilə Vaşinqton arasındakı münasibətlərdə vasitəçilik xidmətləri göstərib.

“Həm ABŞ, Avropa ölkələri, həm də region ölkələri İranın mövqeyinin necə olduğunu bilməlidir. Mövqeyimiz tam aydındır. Dəfələrlə təkrar etmişik ki, müharibə və münaqişələr istəmirik, halbuki buna tam hazırıq. Hesab edirik ki, diplomatiya işləməli və bunun qarşısını almalıdır. Region yüksək hazırlıq vəziyyətindədir və genişmiqyaslı münaqişələr astanasında ola bilər, diplomatiya isə böyük böhranların qarşısını almaq və gərginlikdən və müharibədən yayınmaq üçün yeganə yoldur”, - Əraqçi fikrini tamamlayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
HƏMAS-İsrail müharibəsinin bir ili - kim nə qazanıb? - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər