Rusiya ordusunda 3 yeni qoşun birləşməsi yaradılıb
Far.Az xəbər saytı

Rusiya ordusunda 3 yeni qoşun birləşməsi yaradılıb


Rusiya ordusunda üç yeni qoşun birləşməsi yaradılıb.

Far.Az-nın “gazeta.ru”ya istinadən xəbərinə görə, bu barədə adı çəkilən ölkənin müdafiə naziri Andrey Belousov Sərhədyanı Bölgələrin Təhlükəsizliyi üzrə Koordinasiya Şurasının iclasında bildirib.

O deyib ki, “Belqorod”, “Bryansk” və “Kursk” hərbi birləşmələri sərhədyanı əraziləri və bu bölgələrdə yaşayan vətəndaşların pilotsuz uçuş aparatları və digər vasitələrlə törədilən hücumlardan müdafiəsini təşkil edəcək.

A. Belousovun sözlərinə görə, bununla da Rusiya ordusunda hərbi birləşmələrin sayı doqquza çatdırılıb.

Oxşar xəbərlər

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Kursk vilayətinin sərhədyanı rayonlarından 1,7 mindən çox insan təxliyə edilib
Rusiya MN: Kursk ərazisində PUA zərərsizləşdirilib
Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edilib - YENİLƏNİB-1
Azərbaycanla şərti sərhədə artilleriya qurğuları yığan Ermənistana XƏBƏRDARLIQ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər