SN: Epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur
Far.Az xəbər saytı

SN: Epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur


Azərbaycanda epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur.

"Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, qurum Beynəlxalq Tibbi-Sanitar Qaydalar çərçivəsində müxtəlif ölkələrlə birlikdə profilaktik və sürətli cavab tədbirlərini koordinasiya edir.

"Qeyd olunur ki, insanlar adətən hantavirus daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas zamanı, o cümlədən gəmiricilərin ifrazatı ilə qarşımış tozun nəfəs yolu ilə qəbul edilməsi nəticəsində yoluxurlar. Virusun insandan insana ötürülməsi son dərəcə nadirdir və yalnız Amerikada rast gəlinən Andes növü ilə əlaqədar müşahidə edilir. Səhiyyə Nazirliyi epidemioloji vəziyyəti nəzarətdə saxlamaqla əhalini yalnız rəsmi mənbələrə istinad etməyə çağırır. Mövcud vəziyyət ölkə əhalisi üçün hər hansı əlavə risk yaratmır", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər