Azərbaycanda qaz təchizatı müayinəsinin yeni forması müəyyənləşib
Energetika Nazirliyinin Kollegiyası "Qaz təchizatı haqqında" qanuna uyğun olaraq "Müayinənin nəticəsinə dair akt"ın formasını təsdiqləyib.
"Far.Az" xəbər verir ki, bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb.
Qərara əsasən, təsdiqlənmiş akt forması həm fiziki şəxs olan istehlakçıları, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri və dövlət qurumlarını əhatə edir. Sənəddə müayinə zamanı aşkar edilmiş nöqsanların mahiyyəti ilə yanaşı, onların aradan qaldırılması üçün verilən müddət (bir aydan çox olmamaq şərtilə) dəqiq qeyd olunmalıdır.
Bundan başqa, aktda qaz sayğacına müdaxilə və ya şəbəkəyə qanunsuz qoşulma halları barədə məlumatlar, habelə tüstü bacaları və havalandırma xətlərinin texniki vəziyyəti xüsusi bəndlərdə öz əksini tapır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













