Ömər Bulut: Mənzil yoxsulluqla mübarizədə əsas amil kimi çıxış edir
Far.Az xəbər saytı

Ömər Bulut: Mənzil yoxsulluqla mübarizədə əsas amil kimi çıxış edir


Mənzil təhlükəsiz yaşayışın, ailə dəyərlərinin möhkəmləndirilməsinin, təhsil və məşğulluğun əldə edilməsinin, ictimai proseslərdə iştirakın və yoxsulluğun qapalı dairəsinin aradan qaldırılmasının əsas komponenti kimi çıxış edir.

"Report" xəbər verir ki, belə bir bəyanatla Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan "Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı" mövzusunda panel müzakirəsi zamanı bildirib.

"Bu səbəbdən biz uyğun mənzili yaşayış təhlükəsizliyi zəmanətləri, qiymət əlçatanlığı, binaların inşa keyfiyyəti, təmiz su və enerji resursları ilə təminat, nəqliyyat əlçatanlığı, təhsil müəssisələrinin, tibbi xidmətin və məşğulluq imkanlarının mövcudluğu, eləcə də tamdəyərli yaşayış mühitinin formalaşdırılması ilə kompleks şəkildə qiymətləndirməliyik", - nazir müavini vurğulayıb.

Ö.Bulut qeyd edib ki, Türkiyə mənzil məsələsini sosial inklüzivliyin, ictimai birliyin, eləcə də iqlim dəyişikliklərinə uyğunlaşma nəzərə alınmaqla dayanıqlı inkişafın mərkəzi elementlərindən biri kimi qəbul edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər