Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
"Modern Leasing" MMC 2025-ci ili 65 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2024-cü ildən 6 min manat zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il "Modern Leasing"in vergiyəqədərki mənfəəti 80 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 15 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə "Modern Leasing"in aktivləri 494 min manat olub ki, bu da illik müqayisədə 4,5 dəfə çoxdur. Bunun 461 min manatı lizinq portfelidir. 2025-ci ildə şirkətin lizinq üzrə alacaqları 5,4 dəfə böyüyüb.
Hesabat dövrünə şirkətin öhdəlikləri 2,9 dəfə artaraq 335 min manata çatıb, balans kapitalındakı 6 min manatlıq çatışmazlıq 59 min manat kapitalla əvəz olunub, o cümlədən nizamnamə kapitalı 1 000 dəfə artaraq 100 min manata çatıb.
Xatırladaq ki, "Modern Leasing" 2023-cü ildə təsis edilib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"
-
IND: Mənzil böhranını həll etmək üçün hər gün 96 min ev təhvil verilməlidir
-
Mariyana Kuyundziç: Aİ WUF13-dən yaxşı nəticələr gözləyir
-
WUF13-ün ilk günündən - FOTOREPORTAJ
-
"Həm Azərbaycan, həm də digər ölkələr üçün yeni ideyalar yarana bilər" - Uqandalı nümayəndə
-
Livanın Mənzil Korporasiyasının rəhbəri WUF13-də innovativ həllərin tərəfdarı kimi çıxış edib













