Gülşən Rzayeva: "Mənzil böhranının həllində maliyyə institutlarının dəstəyi mühüm rol oynayır"
Mənzil böhranının həllində qarışıq maliyyələşdirmə, inkişaf banklarının daha güclü iştirakı və beynəlxalq maliyyə institutlarının kirayə mənzil təminatına dəstəyi mühüm rol oynayır.
"Far.Az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva Bakıda WUF13 çərçivəsində keçirilən "Qlobal Mənzil Böhranı: Plan Nədir?" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, mənzil maliyyələşdirilməsində innovasiyalar da mühüm əhəmiyyət kəsb edir: "Qarışıq maliyyələşdirmə, inkişaf banklarının daha güclü iştirakı və beynəlxalq maliyyə institutlarının kirayə mənzil təminatına dəstəyi əlçatanlığı genişləndirməyə kömək edir. Sözsüz ki, rəqəmsal innovasiyalar, texnologiyaların tətbiqi və yeni qabaqcıl tikinti üsulları da mənzillərin daha sürətli, daha yaşıl və daha səmərəli şəkildə təhvil verilməsi üçün yeni yollar açır. Beləliklə, bunlar bizim imkanlar kimi baxa biləcəyimiz məsələlərdir".
O vurğulayıb ki, şəhər ekosistemindəki hər bir maraqlı tərəfin, hər bir tərəfdaşın öz rolu var: "Hökumətlər milli mənzil strategiyaları, torpaqdan istifadənin planlaşdırılması və digər məsələlər vasitəsilə strateji çərçivəni təmin etdiyi halda, özəl sektor bu siyasətləri həyata keçirmək üçün miqyas, innovasiya və investisiyalar gətirir. Şübhəsiz ki, bu mənada vətəndaş cəmiyyəti də böyük rol oynayır, çünki onlar birbaşa icmalarla işləyirlər. Onların ehtiyac və tələblərini eşidirlər. Onlar müvafiq tənzimləmə və təşviqlərlə dəstəkləndikdə, icmalara əlçatan mənzil əldə etməkdə daha çox kömək edə bilirlər".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
-
Rövşən Nəcəf Keniya prezidenti ilə görüşüb
-
Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib
-
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
-
WUF13-də Azərbaycanda keçiriləcək U-20 dünya çempionatı ilə bağlı stend qurulub
-
İliyana Yotova: İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır













