IsDB: Ənənəvi və innovativ maliyyələşdirmə üsullarının kombinasiyası tələb olunacaq
Far.Az xəbər saytı

IsDB: Ənənəvi və innovativ maliyyələşdirmə üsullarının kombinasiyası tələb olunacaq


Ərəb regionunda təbiət əsaslı həllərin (NBS) miqyasını genişləndirmək üçün həm şərti (ənənəvi), həm də innovativ maliyyələşdirmə üsullarının kombinasiyası tələb olunacaq.

"Far.Az" xəbər verir ki, bunu İslam İnkişaf Bankının (IsDB) Dayanıqlılıq və İqlim Fəaliyyəti Departamentinin İqlim Dəyişikliyi üzrə aparıcı mütəxəssisi Bradley Hiller Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olummuş "Dayanıqlı Ərəb şəhərləri üçün təbiət əsaslı həllər: Yerli fəaliyyətdən şəhər transformasiyası" tədbirində bildirib.

Onun sözlərinə görə, Ərəb regionunda təbiət əsaslı həllərin daha çox tətbiqi və investisiya qoyulması üçün mühüm potensial mövcuddur:

"Məsələn, IsDB-də və digər çoxtərəfli inkişaf banklarında biz NBS-i əsas infrastruktur və şəhər investisiyalarına inteqrasiya etməyə (əsas axına çevirməyə) kömək edə bilərik. Beləliklə, NBS-ə müstəqil bir ekoloji layihə kimi yanaşmaq əvəzinə - baxmayaraq ki, şübhəsiz bəzi belə layihələr ola bilər - çoxtərəfli inkişaf bankları (MDBs) NBS-i nəqliyyat, mənzil, su və bələdiyyə xidmətləri portfellərinə daxil etməyə baxa bilərlər. Məsələn, bura "yaşıl" infrastrukturun şəhər drenajına, sahil mühafizəsinə, uh, və əlverişli mənzil tikintisinə daxil edilməsi aid edilə bilər.

​İkincisi, innovativ maliyyələşdirməyə gəldikdə, 2019-cu ildə IsDB dayanıqlı maliyyə çərçivəsini işə saldı və bu çərçivədə yaşıl və dayanıqlılıq sukuku (islam istiqrazı) buraxdı. Bu çərçivənin yaşıl kateqoriyalarına yaxından nəzər salsaq, görə bilərik ki, bura dayanıqlı su və tullantı sularının idarə edilməsi, çirklənmənin qarşısının alınması və idarə edilməsi, habelə canlı resursların və torpaqdan istifadənin ekoloji cəhətdən dayanıqlı idarə edilməsinə investisiyalar üçün imkanlar daxildir".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər