"Neftçi" İK-in futzalçısı Fərid Atakişiyev: "Çempionluq şansı son saniyəyə qədər bizdə idi"
Futzal üzrə ölkə çempionatının "Araz-Naxçıvan"la həlledici matçının son saniyəsinə qədər çempionluq şansı "Neftçi" İK-də olub.
Bunu "Far.Az"a açıqlamasında komandanın futzalçısı Fərid Atakişiyev deyib.
Təcrübəli oyunçu çempionluq intriqasının son saniyəyə qədər davam etdiyini bildirib:
"Əvvəllər çempionatın bitməsinə 2 ay qalmış çempionluğu qeyd edirdilərsə, indi son saniyəyə kimi çempionluq şansı bizdə idi. Bilirdik ki, onlar 4 meydan oyunçusu ilə bizə qarşı oyunda çətinlik çəkəcəklər və yalnız qapıçını oyunçu ilə əvəzləyərək üstünlük yaratmağa çalışacaqlar. Gözlədiyimiz kimi də oldu, amma istədiyimizi edə bilmədik. Öz komandamla fəxr edirəm, əzmkar mübarizə apardıqlarına görə onlara "çox sağ ol" deyirəm. "Araz-Naxçıvan"ı da təbrik edir, UEFA Çempionlar Liqasında uğurlar arzulayıram".
O, mövsüm boyu keçdikləri yolu dəyərləndirib:
"Mövsümün ilk günündən necə hazırlaşırdıqsa, elə də davam edirdik. Sadəcə, turdan-tura komanda olaraq məqsədimiz və istəyimiz daha da artırdı. Bunun da əsas səbəblərindən biri rəhbərliyin bizə inamı, diqqəti və qayğısı idi. "Araz-Naxçıvan" komandası həmişə legionerlərinin çoxluğu ilə seçilib və daim hegemonluq edib. Bunun da əsas səbəbi çempionatda rəqabətin olmamasıdır. Amma bu il sübut etdik ki, istək və düzgün işlə nəinki rəqabət aparmaq, hətta qalib gəlmək də mümkündür. Xalların eyni olmasına baxmayaraq, top fərqinə görə ikinci yeri tutduq".
Futzalçı Azərbaycan Kubokunun finalında "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:
"Qarşıda kubokun final oyunu var. Dünənki matçı artıq unudub tam olaraq kubok görüşünə köklənmişik. Çempionluğu əldən verdiyimiz üçün üzgünük. Amma biz peşəkarıq və tez bir zamanda toparlanıb oyuna hazır olacağıq. İdmanda qalibiyyət olduğu kimi, məğlubiyyət də var. Uduzduğumuz anlarda birlik göstərmək lazımdır və inanıram ki, həmişə belə olacaq".
Qeyd edək ki, ölkə çempionatının son matçında "Araz-Naxçıvan" "Neftçi" İK-i 5:2 hesabı ilə məğlub edib. Azərbaycan Kubokunun final matçı isə mayın 21-də, saat 16:00-da Bakı İdman Sarayında baş tutacaq.
Oxşar xəbərlər
Məktəbin ilk günündən FOTOLAR
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
F1: Azərbaycan Qran-prisinin ilk günündən - FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Bakıdan Tbilisiyə qatarlar bərpa olunur? - RƏSMİ
-
ADY: BTQ dəmir yolu xəttində modernləşdirmə işləri tamamlanıb
-
II Liqanın qalibi olan "Xankəndi" I Liqaya yüksəlib













