İstanbulda Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu keçirilib -YENİLƏNİB
Far.Az xəbər saytı

İstanbulda Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu keçirilib -YENİLƏNİB


18 oktyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda "3+3" regional məşvərət platforması çərçivəsində görüş keçirilib.

Tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.

Tərəflər Türkiyənin qonaqpərvərliyini təqdir ediblər.

19:20

“3+3” regional məşvərət formatının xarici işlər nazirlərinin toplantısı çərçivəsində Türkiyənin İstanbul şəhərində Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Müqavilə üzrə Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu başlayıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat verilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan iştirak edirlər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
XİN Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünə dair məlumat yayıb - YENİLƏNİB-2
Ceyhun Bayramov və Hakan Fidanın müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB
İstanbulda “3+3” regional platformasının nazirlər toplantısı başlayıb
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər