Çin Pakistana İran-ABŞ münaqişəsinin həllində kömək edəcək
Çin hakimiyyəti İran və ABŞ arasında silahlı münaqişənin həlli üçün Pakistanın vasitəçilik səylərinə kömək edəcək.
"Report" xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Van İ Pakistanın baş nazirin müavini, xarici işlər naziri İshaq Dar ilə görüşündə deyib.
Onun sözlərinə görə, Pakistan ABŞ-İran danışıqlarında aktiv vasitəçi rolunu oynayır, etibarlı və səlahiyyətli vasitəçidir:
"Çin Pakistanın sülh səylərini dəstəkləməyə davam edəcək. Eyni amanda hər iki tərəfi dialoqa və danışıqlara sadiq qalmağa və hərtərəfli atəşkəsi təşviq edəcək, Körfəz bölgəsində və Yaxın Şərqdə sülhün və sabitliyin tezliklə bərpa olunmasını təmin edəcək".
İshaq Dar İslamabadın vasitəçilik səylərinə verdiyi dəstəyə görə Pekinə təşəkkür edib. O, Yaxın Şərqdə sabitliyin bərpası üçün Pakistan-Çin təşəbbüsünün geniş dəstək aldığını qeyd edib və ölkəsinin İranla ABŞ arasındakı münaqişənin həllində konstruktiv rol oynamağa davam edəcəyini bir daha təsdiqləyib.
Diplomatlar həmçinin BMT-də əməkdaşlıq və ikitərəfli münasibətləri, o cümlədən Pakistanın Baş naziri Şahbaz Şərifin Çinə son səfərini müzakirə ediblər. Van İnin sözlərinə görə, səfər uğurlu olub və Çin-Pakistan tərəfdaşlığının yeni səviyyəyə çatmasına imkan verib.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
ABŞ Türkmənistan qazının Transxəzər marşrutlarla ixracını dəstəkləyir
-
Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb
-
ABŞ Sakit Okeanda narkotikdaşıyan gəmiyə zərbə endirib
-
Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır
-
İsrailin Livanın cənubuna hücumunda 11 nəfər həlak olub













