Tarixi məkanda mühüm addım: İçərişəhərdə əhalinin uçotu başlayıb
Far.Az xəbər saytı

Tarixi məkanda mühüm addım: İçərişəhərdə əhalinin uçotu başlayıb


İçərişəhərdə ilk dəfə olaraq əhalinin genişmiqyaslı statistik uçotu aparılır.

Əsas məqsəd burada yaşayan insanların sayını, yaşayış şəraitini və ehtiyaclarını müəyyənləşdirməkdir.

Far.Az xəbər verir ki, sakinlərin İctimai TV-yə dediklərinə görə, onlardan ad, soyad, ata adı, həmçinin yaşadıqları evlərlə bağlı məlumatlar toplanır.

Siyahıyaalma prosesində 40-a yaxın könüllü iştirak edir.

"Qoru" Gənclər Təşəbbüs Qrupunun üzvü Ələddin Quliyev bildirib ki, prosesin əsas məqsədi əhalinin yenidən qeydiyyata alınmasıdır.

"Proses zamanı insanlara onlayn anket üzrə müəyyən suallar verilir və onların cavabları əsasında uçot aparılır", - deyə o qeyd edib.

Aparılan statistik uçot çərçivəsində artıq 241 ailə üzrə 762 nəfərin məlumatları toplanılıb.

Proses mərhələli şəkildə həyata keçirilir və əldə olunan məlumatlar rəqəmsallaşdırılır.

Oxşar xəbərlər

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər