Əl Şaraa Trampla Suriyanın yenidən qurulmasını və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Suriya Prezidenti Əhməd Əl Şaraa ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.
"Far.Az"un SANA-ya istinadən xəbərinə görə, Şaraa ölkənin bərpası mərhələsində Suriyaya beynəlxalq dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb və qalan sanksiyaların ləğvinin iqtisadiyyatın canlanması, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün əsas şərt olduğunu bəyan edib.
Onun sözlərinə görə, məhdudiyyətlərin aradan qaldırılması həmçinin investisiyaların cəlb edilməsinə, infrastruktur və iqtisadi layihələrin başladılmasına kömək edəcək.
Tramp isə, öz növbəsində, ölkənin sabitləşdirilməsi və bərpası üzrə səylərin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Tərəflər həmçinin Yaxın Şərqdə təhlükəsizlik sahəsindəki vəziyyəti müzakirə edib və əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kolumbiyada prezident seçkiləri keçirilir
-
Baş Şirvan kollektorunda timsah peyda olub?
-
Parisdə PSJ-nin qələbəsindən sonrakı iğtişaşlar zamanı dörd nəfər yaralanıb - YENİLƏNİB
-
Parisdə PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralanıb – YENİLƏNİB -2
-
"Turan Tovuz" avrokuboklara buraxılmaya bilər
-
Leyla Əliyevadan fermer qadına incə davranış













