Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?
Azərbaycana idxal olunan avtomobillərin sayının azalması ilk növbədə bir neçə amillə bağlıdır. Burada həm logistika xərclərinin yüksəlməsi, həm beynəlxalq daşınmalarda müşahidə olunan çətinliklər, həm də regionda tam sabit iqtisadi mühitin formalaşmaması rol oynayır.
Far.Az-in məlumatına görə, digər tərəfdən, avtomobil bazarında əvvəlki illərlə müqayisədə aktivliyin azalması da idxalçıların davranışına təsir göstərir. Satış tempinin aşağı düşməsi yeni avtomobil gətirən şirkət və sahibkarları daha ehtiyatlı olmağa məcbur edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Far.Az-ə açıqlamasında qeyd edib ki, iqtisadi qanunauyğunluğa görə bazarda təklif azalırsa və tələbat sabit qalırsa, qiymətlərdə artım müşahidə oluna bilər:
"Lakin hazırkı vəziyyətdə avtomobil bazarında tələbat əvvəlki illərdə olduğu qədər yüksək deyil. Bu səbəbdən yeni avtomobillərin qiymətlərində kəskin bahalaşma gözlənilmir.
Bununla belə, idxalın azalması ikinci əl avtomobil bazarına marağı artıra bilər. Xüsusilə texniki vəziyyəti yaxşı olan, istismar müddəti nisbətən az olan və yeni avtomobillərə alternativ sayılan nəqliyyat vasitələrinin qiymətlərində müəyyən artım ehtimalı var. Çünki yeni avtomobillərin sayı azaldıqca alıcıların bir hissəsi ikinci əl bazarına yönəlir.
Əgər mövcud tendensiya uzun müddət davam edərsə, ikinci əl avtomobillər bazarın əsas istiqamətlərindən birinə çevrilə bilər. Bu seqmentdə qiymət artımı daha qabarıq hiss oluna bilər. Yeni avtomobillərdə isə vəziyyət daha çox alıcılıq qabiliyyətindən və bazardakı real tələbdən asılı olacaq".
AQC sədrinin sözlərinə görə, mövcud statistik göstəricilər onu deməyə əsas verir ki, avtomobil idxalında təxminən 30 faizə yaxın azalma müşahidə olunur.:
"Bu isə eyni zamanda bazardakı tələbin də zəiflədiyini göstərir. Alıcı fəallığının aşağı olması qiymət artımının qarşısını alan əsas amillərdən biridir.
Nəzəri olaraq, bazara daxil olan avtomobillərin sayının azalması bəzi satıcıların qiymətləri artırmaq cəhdlərinə səbəb ola bilər. Lakin real satış imkanları məhdud olduğundan belə artımların bazar tərəfindən qəbul olunması çətin görünür. Əgər yaxın aylarda alıcı sayı artarsa, yeni avtomobillərin qiymətlərində müəyyən yüksəliş müşahidə oluna bilər. Əks halda, indiki passivlik davam edərsə, bəzi modellərdə hətta endirimlərin və qiymət güzəştlərinin şahidi olmaq mümkündür.
Hazırda avtomobil satış bazarında ciddi aktivlik müşahidə edilmir. Bir çox satıcı alıcı cəlb etmək üçün müxtəlif kampaniyalar və endirimlər tətbiq edir. Bu səbəbdən idxalın azalmasına baxmayaraq, qısamüddətli dövrdə yeni avtomobillərin qiymətlərində ciddi bahalaşma ehtimalı yüksək qiymətləndirilmir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
20 ballıq cərimə limiti artırılır?
-
SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"
-
İtaliya sahillərində 6,1 maqnitudada zəlzələ olub
-
Neftimizin qiyməti 104 dolları keçib
-
"Hizbullah" Livanın bütün ərazisində atəşkəsə razılıq verib
-
Bakı Enerji Forumuna bu gün yekun vurulur













