Rusiyanın Kramatorsk şəhərini atəşə tutması nəticəsində 3 nəfər ölüb
Far.Az xəbər saytı

Rusiyanın Kramatorsk şəhərini atəşə tutması nəticəsində 3 nəfər ölüb


Rusiya ordusunun Ukraynanın Kramatorsk şəhərini atəşə tutması nəticəsində azı 3 nəfər ölüb və 1 nəfər yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin "Telegram" kanalında məlumat yayıb.

"Kramatorskun atəşə tutulması nəticəsində azı 3 nəfər həlak olub və 1 nəfər yaralanıb. Bu gün axşam şəhər iki zərbəyə məruz qalıb. Rusiya qoşunları yenidən yaşayış binasına zərbə endirib. Hadisə yerində bütün müvafiq xidmətlər işləyir, axtarış-xilasetmə əməliyyatı davam edir. Qurbanların dəqiq sayı və dəymiş ziyanın miqyası müəyyənləşdirilir", - o yazıb.

Oxşar xəbərlər

Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
İki ordu arasında qalan Ukraynanın xaraba kəndlərindən - FOTOREPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər