Kolumbiyada gəmidə partlayış nəticəsində 4 nəfər ölüb, xəsarət alanlar var
Far.Az xəbər saytı

Kolumbiyada gəmidə partlayış nəticəsində 4 nəfər ölüb, xəsarət alanlar var


Kolumbiyada gəmidə partlayış nəticəsində 4 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.

"Far.Az" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kartaxena şəhərində gəmiqayırma zavodunda təmir işləri aparılan yük gəmisində baş verib.

Məlumata görə, partlayış nəticəsində daha on bir nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanalara çatdırılıb, vəziyyətləri ağırdır.

Regional Səhiyyə İdarəsi bildirib ki, partlayışın səbəbi məlum deyil.

Partlayışdan sonra gəmidə yanğın olub. Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım əməkdaşları, mülki müdafiə və risklərin idarə edilməsi bölmələrinin əməkdaşları cəlb olunub.

Hadisənin səbəbini müəyyənləşdirmək üçün araşdırma aparılır.

Oxşar xəbərlər

DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər