Adil Kərimli: Azərbaycan mədəniyyəti Türkmənistanda əhatəli şəkildə nümayiş etdiriləcək
Far.Az xəbər saytı

Adil Kərimli: Azərbaycan mədəniyyəti Türkmənistanda əhatəli şəkildə nümayiş etdiriləcək


Azərbaycanla Türkmənistan arasında münasibətlər bütün sahələrdə olduğu kimi, mədəniyyət istiqamətində də uğurla inkişaf edir.

"Far.Az"un Türkmənistana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində təşkil olunan "Azərbaycan milli irsinin inciləri" adlı sərginin açılışında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, üç gün ərzində davam edəcək mədəniyyət günləri çərçivəsində Azərbaycan mədəniyyəti mümkün qədər əhatəli şəkildə təqdim olunacaq:

"Proqram çərçivəsində möhtəşəm konsertlər, sərgilər, eləcə də Azərbaycan ədəbiyyatına həsr olunmuş müzakirə və konfranslar təşkil olunub. Məqsədimiz zəngin mədəni irsimizin ən dəyərli nümunələrini türkmən qardaşlarımıza təqdim etməkdir".

Adil Kərimli Azərbaycan Mədəniyyəti Günlərinin uzun fasilədən sonra yenidən təşkil olunduğunu və tədbirlərin ilk dəfə olaraq Türkmənistanın iki şəhərində – Aşqabad və Arkadağda keçirildiyini vurğulayıb.

İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu deyən nazir mədəniyyər sahəsində də əməkdaşlığın dinamik şəkildə genişləndiyinu və yeni layihələrlə zənginləşdiyini bildirib.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər