Azərbaycan səfiri Banqladeş prezidentinə etimadnaməsini təqdim edib
Azərbaycanın Banqladeşə yeni təyin olunmuş qeyri-rezident səfiri Elçin Hüseynli oktyabrın 21-də bu ölkənin Prezidenti Məhəmməd Şahabuddinə etimadnaməsini təqdim edib.
“Far.Az” xəbər verir ki, səfir bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Ölkələrimiz ikitərəfli dostluq əlaqələri saxlayır. Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Münasibətlərimizi daha da dərinləşdirmək üçün bu fürsəti əldə etməkdən şərəf duyuram”, - diplomat vurğulayıb.
Səfir digər paylaşımında bildirib ki, bu gün Banqladeşin ətraf mühitin mühafizəsi, meşə təsərrüfatı və iqlim dəyişikliyi nazirliyinin müşaviri (nazir vəzifəsini icra edən) və tanınmış ətraf mühit hüquqşünası Sayeda Rizvana Həsənlə görüşündə Bakıda keçiriləcək COP29 konfransını, o cümlədən iqlim dəyişikliyinin ən kəskin məsələlərini müzakirə edib.
Banqladeş KİV-i öz növbəsində məlumat verib ki, ölkə Prezidenti Məhəmməd Şahabuddin E.Hüseynlini qəbul edərkən bildirib ki, Banqladeş Azərbaycanla ticarət və investisiya da daxil olmaqla müxtəlif sahələrdə qarşılıqlı və çoxtərəfli münasibətlərin genişləndirilməsində maraqlıdır.
"M.Şahabuddin, həmçinin səfiri hazır geyim, dərman, keramika, dəri məmulatları da daxil olmaqla müxtəlif beynəlxalq keyfiyyətli malların idxalının artırılması, eləcə də Banqladeşdən ixtisaslı və yarımixtisaslı işçi qüvvəsinin cəlb edilməsi üzərində işləməyə çağırıb", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azərbaycan səfiri Nepalın xarici işlər üzrə katibi ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub













