Tramp: ABŞ tezliklə İranla müharibəni razılaşma və ya sərt üsullarla başa vuracaq
Far.Az xəbər saytı

Tramp: ABŞ tezliklə İranla müharibəni razılaşma və ya sərt üsullarla başa vuracaq


ABŞ İrana qarşı əməliyyatı ikitərəfli razılaşma və ya daha sərt üsullarla tezliklə dayandırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

"Biz elə bir nöqtəyə çatmışıq ki, İrandan çox tez bir zamanda çıxmalı olacağıq və bu, çox qətiyyətli bir addım olacaq. İstər kağız parçası ilə, istərsə də sərt üsullarla. Bizim əsasən bununla işimiz bitib. Bunun kağız parçası və ya daha sərt bir üsulla bitəcəyini görəcəksiniz, baxmayaraq ki, bunun daha asan bir yol olduğunu iddia etmək olar", - deyə o əlavə edib.

Tramp əlavə edib ki, İran ABŞ hərbi əməliyyatından əvvəl malik olduğu raket arsenalının təxminən 21-22%-ni saxlayır:

"Onların hələ də müəyyən sayda raket və dronları var. Faizlərdən danışırıqsa, bəlkə də raketlərin 21-22%-i - bu, çoxlu raket deməkdir, amma ilk hücumumuz zamanı olduğu kimi deyil".

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər