Hərbçinin həlak olduğu qəzada yaralının vəziyyəti AÇIQLANDI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Far.Az-ə verilən məlumata görə, zərərçəkmiş bu gün saat 06:50-də Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə döş qəfəsinin küt travması, sağ körpücük sümüyünün sınığı, başın tüklü hissəsinin açıq yarası və qapalı kəllə-beyin travması diaqnozları qoyulub. Onun müalicəsinin müvafiq şöbədə davam etdirildiyi, vəziyyətinin orta ağır olduğu bildirilib.
***09:56
Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Borsunlu-Hindarx avtomobil yolunun Bərdə rayonunun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Toyota Prius" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində avtomobildə sərnişin qismində olan Ağdam rayon sakini, hərbçi Orxan Əliyev hadisə yerində həyatını itirib.
Məlumata əsasən, hadisə zamanı daha bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb və onlara zəruri tibbi yardım göstərilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Oxşar xəbərlər
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Bakıda yeni avtomobil yolunun tikintisi davam etdirilir
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Bakıda yeni avtomobil yolunun inşasından GÖRÜNTÜLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













