Fransa Senatı hərbi planlaşdırma haqqında yenilənmiş qanunu təsdiqləyib
Far.Az xəbər saytı

Fransa Senatı hərbi planlaşdırma haqqında yenilənmiş qanunu təsdiqləyib


Fransa Senatı 2024-2030-cu illər üçün hərbi planlaşdırma haqqında yenilənmiş qanunu qəbul edib.

"Far.Az" xəbər verir ki, iclasın yayımı parlamentin "Public Senat" telekanalı tərəfindən həyata keçirilib.

Sənədin qəbul edilməsinin lehinə 297 senator səs verib, parlamentin yuxarı palatasının 33 üzvü isə əleyhinə çıxış edib.

Bununla belə, Senat qanun layihəsini 2030-cu ilə qədər hərbi xərclərin 36 milyard avro artırılmasını nəzərdə tutan əsas maddə olmadan təsdiqləyib. Bu, "Respublikaçılar" Partiyasının nümayəndələrinin əlavə maliyyələşdirmənin həcmini 50 milyard avroya qədər artırmağı təklif etməsi ilə əlaqədardır.

Senatorlar arasındakı fikir ayrılıqlarına görə maliyyələşdirmənin həcmini müəyyən edən maddə sənəddən çıxarılıb.

Beləliklə, qanun hələlik yekun olaraq qəbul edilməyib. Bundan sonra baxılması üçün yeddi deputat və yeddi senatordan ibarət uzlaşdırma komissiyası yaradılacaq və sənədin vahid variantı hazırlanacaq.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər