Litva hərbi nəqliyyat texnikasının alınmasına 1 milyard avro ayıracaq
Far.Az xəbər saytı

Litva hərbi nəqliyyat texnikasının alınmasına 1 milyard avro ayıracaq


Litva hərbi nəqliyyat texnikasının alınmasına təxminən 1 milyard avro ayırmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Veho Lietuva" şirkəti ilə imzalanmış razılaşmaya əsasən, Litva ordusu üçün "MB G-Class" tırtıllı avtomobilləri, həmçinin "MB Unimog", "MB Zetros" və "MB Arocs" yük maşınları alınacaq.

Texnikanın tədarükü 2026-cı ildə başlayacaq, müqavilə isə 2032-ci ildə başa çatacaq.

Litva Müdafiə Nazirliyindən qeyd edilib ki, bu satınalma hərbi logistikanın inkişafına yatırılan ən böyük investisiyalardan biri olacaq.

Qurumun məlumatına görə, yeni texnika milli motopiyada diviziyasının formalaşdırılması çərçivəsində şəxsi heyətin, silahların və avadanlıqların səmərəli daşınmasını təmin etməyə imkan verəcək.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər