Bahadur Rzayev TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib
Far.Az xəbər saytı

Bahadur Rzayev TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib


Bahadur Rzayev TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib.

"Report" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Məlumat üçün bildirək ki, yeni təyinatından əvvəl o, TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, B.Rzayev "Yüksəliş" müsabiqəsinin finalçısı olub.

2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində İngiltərənin Birmingem Universitetində "Səhiyyə siyasəti və idarəolunması" ixtisası üzrə təhsilini proqram birincisi kimi başa vuran Bahadur Rzayev Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, İstanbul Universitetində təşkilatların idarəolunması üzrə magistr təhsili alıb.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri vəzifəsində çalışıb, reabilitasiya xidmətlərinin təşkili, keyfiyyətə nəzarət və xidmətlərin idarə olunması istiqamətlərində fəaliyyət göstərib. Daha sonra həmin Agentliyin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Polis Akademiyasında beynəlxalq konfrans keçirilib
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər