Kiyev rəsmi olaraq Aİ ilə danışıqlar prosesinin başlanmasına razılıq verib
Far.Az xəbər saytı

Kiyev rəsmi olaraq Aİ ilə danışıqlar prosesinin başlanmasına razılıq verib


Ukrayna Avropa İttifaqına qoşulmaq üçün həm hazırkı, həm də gələcəkdə mümkün olan bütün şərtləri yerinə yetirməyə razı olub.

"Report" xəbər verir ki, bu barədə Lüksemburqda səfərdə olan Ukraynanın Avropa və Avroatlantik inteqrasiya üzrə Baş nazirinin müavini Taras Kaçka məlumat verib.

Kaçka Aİ üzv dövlətlərinə Ukraynanın mövcud qoşulma şərtlərini yerinə yetirəcəyinə, eləcə də qoşulmadan əvvəl baş verəcək dəyişiklikləri nəzərə alacağına əminliyini bildirib. Baş nazirin müavini həmçinin Ukrayna adından danışıqların ara və yekun meyarlarına cavab verməyə razılıq verdiyini rəsmi olaraq təsdiqləyib.

Beləliklə, Kiyev rəsmi olaraq danışıqlar prosesinin başlanmasına razılıq verib və 15 iyunda beş danışıqlar fəslini əhatə edən əsas danışıqlar klasterini açıb: ədalət, azadlıq və təhlükəsizlik; hüquqi və fundamental hüquqlar; maliyyə nəzarəti; dövlət satınalmaları; və statistika. Bütün bu sahələrdə namizəd ölkələr öz qanunvericiliklərini Aİ standartlarına tam uyğunlaşdırmalıdırlar.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər