Britaniya Ukraynanın nüvə enerjisi sektorunun dəstəklənməsinə 271 milyon dollar ayıracaq
Böyük Britaniya növbəti iki il ərzində Ukraynanın nüvə enerjisi sektorunun sabit fəaliyyətini dəstəkləmək üçün 210 milyon funt sterlinq (271 milyon dollar) ayıracaq.
"Report"un məlumatına görə, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal "X" sosial şəbəkəsində yazıb.
"Bu razılaşma Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında bu yaxınlarda aparılmış danışıqların davamı olub və Böyük Britaniyanın Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinə dəyişməz sadiqliyini əks etdirir", - o yazıb.
Bununla yanaşı, Şmıqal qeyd edib ki, bu vəsait "Urenco Global" şirkətinin "Enerqoatom"a zənginləşdirilmiş uran tədarük etməsinə imkan verəcək ki, bu da Ukraynanın nüvə parkı üçün sabit yanacaq tədarükünü təmin etməyə kömək edəcək.
"Nüvə enerjisi Ukraynada elektrik enerjisi istehsalının yarısından çoxunu təmin etdiyi üçün bu dəstək Rusiyanın ölkənin enerji infrastrukturuna davam edən hücumları fonunda enerji sisteminin dayanıqlığı üçün kritik əhəmiyyət daşıyır", - o vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycana son üç saatda İrandan 26 ölkənin 210 vətəndaşı təxliyə edilib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır













