Avropa Parlamenti Aİ-ABŞ ticarət sazişi üzrə qanun layihələrini təsdiqləyib
Avropa Parlamenti 2025-ci ilin iyulunda Birləşmiş Ştatlarla əldə olunmuş ticarət sazişi çərçivəsində Avropa İttifaqının (Aİ) öhdəliklərinin yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını təsdiqləyib.
"Report"un Avropa bürosunun Strasburqdan verdiyi məlumata görə, plenar iclasda deputatlar ABŞ sənaye mallarına rüsumların ləğvini və Amerikadan olan bir sıra kənd təsərrüfatı məhsulları üçün Avropa bazarına güzəştli çıxışın təmin edilməsini özündə ehtiva edən sənədlər paketinə səs veriblər.
Qeyd etmək lazımdır ki, sazişin parlamentdə razılaşdırılması üçün Aİ-nin çox az vaxtı (4 iyuladək) qalırdı, ABŞ tərəfi isə sazişin şərtlərini ləğv etməklə və Avropa mallarına yeni yüksək rüsumlar tətbiq etməklə hədələyirdi.
Razılaşdırılmış mətnə əsasən, tərəflər onların müddətinin uzadılması barədə qərar qəbul etməsələr, tarif güzəştləri 2029-cu il dekabrın 31-dək qüvvədə olacaq.
Qanunvericilik 2026-cı ilin sonunadək ABŞ-nin Aİ-dən olan ayrı-ayrı polad və alüminium məhsulları növlərinə 15 %-dən yuxarı rüsumları qüvvədə saxlayacağı təqdirdə, tarif güzəştlərinin dayandırılması ilə bağlıdır. Eyni zamanda, ABŞ-dən idxalın artımının Avropa sənayesinə və ya kənd təsərrüfatına ciddi zərər vuracağı istənilən hal üçün qoruyucu mexanizm də nəzərdə tutulub.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır













