Tramp: ABŞ İran və Fars körfəzi ölkələri ilə raket silahlarının məhdudlaşdırılmasını müzakirə edəcək
Far.Az xəbər saytı

Tramp: ABŞ İran və Fars körfəzi ölkələri ilə raket silahlarının məhdudlaşdırılmasını müzakirə edəcək


Vaşinqton İran və Fars körfəzi ölkələri ilə raket silahlarının məhdudlaşdırılması üzrə regional sazişin bağlanması imkanını müzakirə etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən "G7" sammiti çərçivəsindəki mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ nüvə nizamlanması ilə paralel olaraq adi ballistik raketlərlə bağlı məsələlərin həlli üzərində işləməyi planlaşdırır.

ABŞ lideri qeyd edib ki, regionun digər dövlətlərində analoji sistemlər olduğu halda, İranı raket silahından tamamilə məhrum buraxmağı mümkün hesab etmir.

"Biz Səudiyyə Ərəbistanına raketlərə sahib olmağa icazə verək, amma İrana yox? Belə olmaz", - Tramp bildirib.

O həmçinin qeyd edib ki, əsas problem raketlərdə deyil, daha ciddi təhlükə yarada bilən digər silah növlərindədir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər