Tramp İranla razılaşmadan sonra "İbrahim sazişləri"ni genişləndirmək planlarını açıqlayıb
Far.Az xəbər saytı

Tramp İranla razılaşmadan sonra "İbrahim sazişləri"ni genişləndirmək planlarını açıqlayıb


ABŞ İranla müharibənin başa çatdırılmasına dair razılaşmalar fonunda "İbrahim sazişləri" iştirakçılarının sayını artırmağı nəzərdə tutur.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransada "Böyük Yeddilik" ("G7") sammitində iştirakının yekunlarına dair mətbuat konfransında bildirib.

Amerika lideri qeyd edib ki, "İbrahim sazişləri"nin genişləndirilməsi əldə olunmuş razılaşmaların gözlənilən nəticələrindən biridir.

Onun sözlərinə görə, Vaşinqton, ilk növbədə, Səudiyyə Ərəbistanını bu sazişlərdə görmək istərdi.

"Düşünürəm ki, əgər Səudiyyə Ərəbistanı digərlərini öz arxasınca aparsa, o zaman özünə böyük yaxşılıq etmiş olar", - Tramp deyib.

O həmçinin qeyd edib ki, bir sıra ərəb dövlətləri artıq "İbrahim sazişləri"nə qoşulub və regional böhranlara baxmayaraq, heç biri oradan çıxmayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər