Netanyahu: İsrail ordusu ölkənin təhlükəsizliyi təmin edilənədək Livanın cənubunu tərk etməyəcək
Far.Az xəbər saytı

Netanyahu: İsrail ordusu ölkənin təhlükəsizliyi təmin edilənədək Livanın cənubunu tərk etməyəcək


İsrail Müdafiə Ordusu ölkədə təhlükəsizliklə bağlı vəziyyət tam normallaşana qədər Livanın cənub hissəsini tərk etməyəcək.

"Report" "Ynet" portalına istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

"Biz Livanın cənubunda təhlükəsizlik zolağını qoruyub saxlamalıyıq və nə qədər ki, İsrailin təhlükəsizlik sahəsindəki vəziyyət bunu tələb edir, oranı tərk etməyəcəyik", - o bildirib.

İsrailin Baş naziri həmçinin ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunu da şərh edib: "Biz öz məqsədimizə sadiq qalmağa davam edəcəyik: İranın nüvə silahı olmayacaq".

Qeyd edək ki, iyunun 18-də ABŞ və İran arasında imzalanmış memorandum Vaşinqton və Tehran arasında hərtərəfli razılaşmanın hazırlanması üçün 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur. Sənəddə həmçinin tərəflər arasında gərginliyin azaldılması, İranın nüvə proqramının müzakirəsi, sanksiya rejiminin mərhələli şəkildə yumşaldılması və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müddəalar yer alır.

Oxşar xəbərlər

MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
SOCAR "Uzbekneftegaz"la süni intellektin tətbiqi sahəsində Anlaşma Memorandumunu imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər