Vens: İsrailin İranla memorandumu tənqid etməsi ABŞ-yə inamsızlığa əsaslanır
Far.Az xəbər saytı

Vens: İsrailin İranla memorandumu tənqid etməsi ABŞ-yə inamsızlığa əsaslanır


İsrailin bu yaxınlarda imzalanmış ABŞ-İran anlaşma memorandumunu tənqid etməsi Vaşinqtona inamsızlığa əsaslanır və razılaşmanın məzmununa uyğun gəlmir.

"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "The New York Times" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsraildə Vaşinqton və Tehran arasında əldə olunmuş razılaşmalara həddindən artıq emosional reaksiya müşahidə olunur.

"Mən İsraildəki bu panikanı bir qədər qəribə hesab edirəm, çünki bu, inamsızlıqdan irəli gəlir. Düşünürəm ki, Amerika etimad qazanıb", - ABŞ-nin vitse-prezidenti deyib.

Vens bildirib ki, razılaşmanın İsrail üçün sərfəli olmaması ilə bağlı iddialar faktlarla təsdiqini tapmır. Onun fikrincə, İsrail siyasi elitasının və cəmiyyətinin bir hissəsi memorandumu etibarsız məlumatlara əsaslanaraq yanlış qiymətləndirir.

Oxşar xəbərlər

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
SOCAR "Uzbekneftegaz"la süni intellektin tətbiqi sahəsində Anlaşma Memorandumunu imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər