Aİ liderləri: Hər hansı qərar Kiyevin iştirakı olmadan qəbul edilə bilməz
Brüssel sammitində Avropa İttifaqı liderləri Ukraynaya davamlı dəstəyini bir daha təsdiqləyiblər və 21-ci sanksiya paketinin tez bir zamanda qəbul edilməsi də daxil olmaqla, Rusiyaya təzyiqi artırmağa hazır olduqlarını bəyan ediblər.
"Report"un Avropa bürosu xəbər verir ki, bu, 27 Aİ dövlət və hökumət başçısının hamısı tərəfindən yekdilliklə dəstəklənən Ukrayna sammitinin yekun nəticələrində bildirilib.
Avropa Şurası bir daha vurğulayıb ki, sülh yolu ilə həll ilə bağlı hər hansı qərar Kiyevin iştirakı olmadan qəbul edilə bilməz.
Aİ liderləri Ukraynanın Avropa İttifaqına qəbul prosesi çərçivəsində ilk danışıqlar qrupunun açılmasını alqışlayıblar və ölkəyə hərbi, maliyyə və diplomatik yardımı davam etdirməyə hazır olduqlarını vurğulayıblar.
Zirvə toplantısında həmçinin Rusiyadan dərhal, tam və qeyd-şərtsiz atəşkəsə razılıq verməyə və mənalı danışıqlara başlamağa çağırılıb. Aİ həmçinin Rusiyanın Ukrayna şəhərlərinə və enerji infrastrukturuna son kütləvi hücumlarını pisləyib və Ukraynaya hava hücumundan müdafiə sistemləri, sursat, dron və raket tədarükünü artırmaq niyyətini təsdiqləyib.
Sənəddə qeyd edildiyi kimi, Rusiyanın enerji ixrac gəlirlərini azaltmaq və sözdə "kölgə donanması"nı hədəf almaq üçün tədbirlər davam etdiriləcək.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır













